18.02.2026
Публикации
Seçilmişlərdə
Kaqosel<sup>®</sup>: Arman tədqiqatının nəticələri dərc olunub

2025-ci ilin dekabr ayında "Real klinik praktika: məlumatlar və sübutlar" jurnalında iri çoxmərkəzli müşahidəli ARMAN tədqiqatın nəticələrinə həsr olunmuş məqalə dərc dərc edilib. Bu açıq, müdaxiləsiz tədqiqat, real klinik praktika şəraitində KRVİ-si olan xəstələrdə Kaqosel® preparatının həyat keyfiyyətinə və simptomların dinamikasına təsirini qiymətləndirmək məqsədilə Qazaxıstanın tibbi mərkəzlərində aparılıb.

Tədqiqatın məqsədi: yüngül və orta ağırlıq dərəcəli KRVİ-si olan ambulator xəstələrdə Kaqosel® preparatı ilə terapiya fonunda həyat keyfiyyətinin və simptomların dinamikasının qiymətləndirilməsi

Tədqiqatın dizaynı və metodları: yüngül və orta ağırlıq dərəcəli KRVİ-si olan 1000 yetkin xəstə.

Terapiyanın effektivliyi üzrə qiymətləndirilmə həyat keyfiyyəti anketləri (EQ-5D-3L) və KRVİ simptomlarının qiymətləndirilməsi (zəiflik, boğaz ağrısı, burun axması, öskürək və s.) əsasında aparılıb.

Əsas nəticələr:

1. Həyat keyfiyyətinin yaxşılaşması:

Yüngül ağırlıq dərəcəli KRVİ olan xəstələrdə EQ-5D-3L balı 3-cü günə qədər 84,3-dən 90,4-dək, 6-cı günə qədər isə 95,7-dək yüksəlib.

Orta ağırlıq dərəcəli KRVİ olan xəstələrdə ball 3-cü günə qədər 70,4-dən 85,4-dək, 6-cı günə qədər isə 99,1-dək çatıb.

2. Simptomların dinamikası:

Müalicənin 3-cü gününə qədər yüngül KRVİ-si olan xəstələrin 22,1 %-də və orta ağırlıq dərəcəli KRVİ-si olan xəstələrin 10,5 %-də simptomlar artıq müşahidə olunmayıb.

6-cı günə qədər yüngül KRVİ-si olan xəstələrin 88,0%-də və orta ağırlıq dərəcəli KRVİ-si olan xəstələrin 89,9%-də simptomlar tamamilə yox olub.

3. Təhlükəsizlik. Tədqiqat aparılan zaman heç bir əlavə təsir qeydə alınmamışdır ki, bu da Kaqosel® preparatının əlverişli təhlükəsizlik profilini təsdiqləyir.

Tədqiqatçıların rəyi:

Yüngül və orta ağırlıq dərəcəli KRVİ-si olan ambulator xəstələrdə Kaqosel® preparatının tətbiqi effektiv və təhlükəsizdir, həyat keyfiyyətinin yaxşılaşmasını və simptomların aradan qaldırılmasını sürətləndirir. Preparat real klinik praktikada gündəlik istifadə üçün tövsiyə oluna bilər.

KAQOSEL® – interferon induktoru – KRVİ və qripin antivirus terapiyası və profilaktikası üçün universal preparat.

* Koşerova B.N., Kuljanova Ş.A., Duysenova A.K., Junusov Ye.S., Abuova G.N. Qazaxıstan Respublikasında real klinik praktikada KRVİ olan xəstələrdə istifadə edilən Kaqosel® preparatının həyat keyfiyyətinə təsirinin açıq, çoxmərkəzli, müşahidəli, müdaxiləsiz tədqiqatı. Real klinik praktika: məlumatlar və sübutlar. 2025;5(4):19-28. https://doi.org/10.37489/2782-3784-myrwd-085. EDN: KOWCGK

1. Kaqosel® dərman preparatının ümumi xarakteristikası, qeydiyyat nömrələri: DV №24-00763, 24.06.2024 (Azərbaycan);
N 21013/1/1, 11.06.2024 (Ermənistan); №8707/08/14/17/19/20/21, 21.01.2019 (Belarus); №№038826, №№038827, №№038828, 10.08.2023 (Gürcüstan); RK-LS-5№122075, 03.04.2021 (Qazaxıstan); KG.3.3.238.10558-2023 (Qırğızıstan); №28117, 25.08.2022 (Moldova); LS № 12619/3889, 31.05.2023 (Tacikistan); DV/X 07468/02/20, 19.02.2020 (Özbəkistan).

2. Savenkova M.S. və b. 2023-2024-cü illərdə ambulator-poliklinika praktikasında 3-18 yaşlı uşaqlarda KRVİ-nin kompleks terapiyasında interferon induktorunun effektivliyinin və təhlükəsizliyinin müqayisəli qiymətləndirilməsi. // Müalicə həkimi. – 2024. – № 12 (27).