Qlobal təşəbbüs: KRVİ və qrip üzrə vahid kliniк tövsiyələr
17 oktyabr 2025-ci il tarixində Buxara şəhərində Avrasiya regionu ölkələrinin aparıcı akademikləri və infeksionistlərinin iştirakı ilə Beynəlxalq ekspertlər şurası keçirilib. Görüşün məqsədi, böyüklər və uşaqlar üçün Vahid beynəlxalq klinik tövsiyələrin (VBKT) yaradılması olub.
Əsas problemlər:
• Yüksək ağırlıq: KRVİ hospitalizasiya və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin əsas səbəbi olaraq qalır
• Zəif diaqnostika: bir çox hallarda xəstəliyin törədicisi təsdiq edilmədən diaqnoz qoyulur
• Qeyri-rasional terapiya: virus infeksiyaları zamanı antibiotiklərin həddindən artıq təyin edilməsi antimikrob müqavimətin (AMR) artmasına səbəb olur
• Vəhdətsizlik: antivirus və immunomodulyator vasitələrin təyin edilməsi üzrə vahid yanaşmaların olmaması
Şuranın qərarları:
• Əksər viruslar üçün spesifik terapiyanın mövcud olmadığı şəraitlərdə ekspertlər interferon induktorlarının tətbiqini əsaslandırılmış qəbul ediblər.
• Bu növ preparatların erkən mərhələlərdə rasional istifadəsi əsassız antibiotikoterapiya riskini azaldır.
Qeyd olunanlara əsasən Ekspertlər şurası Kaqosel preparatının Vahid beynəlxalq tövsiyələrə daxil edilməsini tövsiyə etmək qərarına gəldi:
• Azərbaycan, Belarus və Özbəkistandan 809 xəstənin iştirakı ilə aparılan çoxmərkəzli NİKİ-1 (2025) tədqiqatının məlumatları
• Preparatın milli protokollara və klinik tövsiyələrə uğurla daxil edilməsi təcrübəsi (RF, 2025; Özbəkistan, 2025; Azərbaycan, 2025)
• Əlverişli təhlükəsizlik profili, həmçinin böyüklər və 3 yaşdan yuxarı uşaqlar tərəfindən yaxşı keçirilməsi
KAQOSEL® – interferon induktoru – KRVİ və qripin antivirus terapiyası və profilaktikası üçün universal preparat.
* İnfektologiya jurnalı, Cild 17, № 4, 2025. DOI: 10.22625/2072-6732-2025-17-4-191-193.
1. Kaqosel® dərman preparatının ümumi xarakteristikası, qeydiyyat nömrələri: DV №24-00763, 24.06.2024 (Azərbaycan);
N 21013/1/1, 11.06.2024 (Ermənistan); №8707/08/14/17/19/20/21, 21.01.2019 (Belarus); №№038826, №№038827, №№038828, 10.08.2023 (Gürcüstan); RK-LS-5№122075, 03.04.2021 (Qazaxıstan); KG.3.3.238.10558-2023 (Qırğızıstan); №28117, 25.08.2022 (Moldova); LS № 12619/3889, 31.05.2023 (Tacikistan); DV/X 07468/02/20, 19.02.2020 (Özbəkistan).
2. Savenkova M.S. və b. 2023-2024-cü illərdə ambulator-poliklinika praktikasında 3-18 yaşlı uşaqlarda KRVİ-nin kompleks terapiyasında interferon induktorunun effektivliyinin və təhlükəsizliyinin müqayisəli qiymətləndirilməsi. // Müalicə həkimi. – 2024. – № 12 (27).