18.03.2026
Публикации
Seçilmişlərdə
Kaqosel<sup>®</sup>: uşaqlarda KRVİ-nin profilaktikası

UŞAQLARDA KRVİ VƏ QRİPİN TERAPİYASI VƏ PROFİLAKTİKASI: TƏDQİQATLARIN NƏTİCƏLƏRİ

Tədqiqata yanaşı patologiyaları olan və tez-tez xəstələnən məktəbəqədər yaşlı uşaqlar daxil edilmişdir. Onlara 7 günlük tsikllər ilə (ilk 2 gün ərzində gündə 1 dəfə olmaqla 1 həb, 5 gün fasilədən sonra tsikl təkrar olunurdu) Kaqosel® preparatının 4 həftə profilaktik qəbul edilməsi kursu keçirilmişdir.

Kaqosel® preparatı KRVİ-nin etiologiyasından və klinik əlamətlərindən asılı olmayaraq, tez-tez xəstələnən məktəbəqədər yaşlı uşaqlarda KRVİ-nin simptomlarının davam etməsi müddətinin açıq şəkildə qısalmasına gətirib çıxarmışdır: Kaqosel® preparatının 4 həftə profilaktik qəbul edilməsi kursu müddətində Kaqosel® qrupundan olan kəskin KRVİ-dən əziyyət çəkən pasiyentlərin sayı nəzarət qrupundakılarla müqayisədə 2,3 dəfə daha az, xəstələnmə epizodlarının tezliyi isə 2,8 dəfə daha gec qeydə alınmışdır

KAQOSEL® – interferon induktoru olmaqla KRVİ-nin və qripin virus əleyhinə terapiyası və profilaktikası üçün universal preparatdır.

1. F.S.Xarlamova və digərləri. Tez-tez xəstələnən kiçik yaşlı uşaqlarda qrip və digər kəskin respirator infeksiyaların profilaktikası və müalicəsi üçün virus əleyhinə Kaqosel® preparatının tətbiqi imkanları // Effektiv farmakoterapiya. – 2012. – № 53. – S. 26–35.

2. 24.06.2024-cü il tarixli DV 24-00763 №-si (Azərbaycan), 11.06.2024-cü il tarixli N 21013/1/1 №-si (Ermənistan), 21.01.2019-cu il tarixli 8707/08/14/17/19/20/21 №-si (Belarus), 10.08.2023-cü il tarixli 038826 №-si, 038827 №-si, 038828 №-si (Gürcüstan), 03.04.2021-ci il tarixli РК-ЛС-5 122075 №-si (Qazaxıstan), KG.3.3.238.10558-2023 №-si (Qırğızıstan), 25.08.2022-ci il tarixli 28117 №-si (Moldova), 31.05.2023-cü il tarixli ЛС 12619/3889 №-si (Tacikistan), 19.02.2020-ci il tarixli DV/X 07468/02/20 №-si (Özbəkistan) ilə qeydiyyatdan keçmiş Kaqosel® dərman preparatının ümumi xarakteristikası.

3. M.S.Savenkova və digərləri. 2023-2024-cü illərdə ambulator-poliklinik təcrübədə 3-18 yaşlı uşaqlarda KRVİ-nin kompleks terapiyasında interferon induktorunun effektivliyinin və təhlükəsizliyinin müqayisəli qiymətləndirilməsi // Müalicə edən həkim. – 2024. – № 12 (27). 


Məlumat tibb və əczaçılıq işçiləri üçün nəzərdə tutulmuşdur